Krasnoyarsk diyarının Norilsk şəhərinin sakinləri Rusiyanın ən böyük dondurmasını yeyiblər.
Məlumata görə, onun çəkisi 300 kiloqram olub.
Rekordu qeydə almaq üçün Rusiyanın “Rekordlar Kitabı”nın nümayəndələri hadisə yerinə gəlib.
Bildirilir ki, əvvəlki rekord ötən il Moskvada müəyyən edilib. Desertin çəkisi 100 kiloqram 77 qram olub.
Xatırladaq ki, indiyədək dünyanın ən ağırçəkili dondurması 2011-ci ildə Kanadada hazırlanıb. Onun çəkisi 10 tondan çox olub.
Mənbə: gazeta.ru
www.102info.az