Türkiyəyə üz tutan miqrantların sayı məlum olub

Dünya


Son məlumatlara görə, Türkiyədə 5 milyona yaxın qaçqın var.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi məlumat yayıb.

Miqrasiya İdarəsi sosial şəbəkələrdə Türkiyə ərazisində qaçqınların sayının 17 milyona çatması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib.

“Ümumiyyətlə, ölkəmizdə 4 milyon 893 min 752 qaçqın var. Onların sayı həftəlik mütəmadi olaraq idarənin saytında dərc edilir. Sosial şəbəkələrdə yazılan əsassız şərhlər və bununla bağlı yayılan rəqəmlər reallığı əks etdirmir”, – deyə bəyanatda bildirilib.

Mənbə: İcisleri.gov.tr

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir