Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi (KONKAKAF) Qızıl Kubokunun qalibi məlum olub.
Oxu.Az xəbər verir ki, həlledici oyunda Meksika və Panama yığmaları üz-üzə gəliblər.
Görüş meksikalıların minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu 88-ci dəqiqədə Santyaqo Ximenes vurub.
Meksika tarixində 12-ci dəfə KONKAKAF Qızıl Kubokunun qalibi olub.
Qeyd edək ki, Panama millisində “Turan Tovuz”un müdafiəçisi Roderik Miller çıxış edir. Müdafiəçi bu görüşdə ehtiyatda qalsa da, gümüş medala sahib çıxıb.
www.102info.az