İran Mübariz Ruhanilər Birliyi Mərkəzi Şurasının üzvü Seyid Rza Əkrəmi qadınları təhqir edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Seyid Rza Əkrəmi qadınlara qarşı təhqiramiz ifadələr işlədib və onları əşya kimi xarakterizə edib.
“Hicablı qadının sahibi var, sahibi də əridir, amma hicabsız qadının sahibi məlum deyil. Hicabsız qadınlar cəzalandırılmalıdır. Onların Allah və Quranla problemi var”, – deyə o bildirib.
O, hicabsız qadınları təhqir və tənqid etməklə yanaşı bu sözləri ilə onların bir əşya olaraq kiməsə aid olduğunu vurğulayıb.
www.102info.az