Rusiya hərbçiləri Ukraynanın Sum vilayəti ərazisini artilleriyadan atəşə tutub.
Bu barədə Sum Vilayət Hərbi Administrasiyası məlumat verib.
“Bu gün saat 12:35-dən 12:39-dək Belopolye şəhəri istiqamətində yerləşən ərazi artilleriya atəşinə (3 partlayış) məruz qalıb”, – deyə məlumatda bildirilib.
Hücum nəticəsində inzibati bina dağıdılıb. Ölənlər və yaralananlar var. Onların sayı dəqiqləşdirilir.
Yaralılara operativ tibbi yardım göstərilir.
Mənbə: RBC-Ukrayna
www.102info.az