Almaniya və ABŞ xüsusi xidmət orqanlarının məlumatları şəbəkəyə sızdı

Dünya


Fayllarda virusların yoxlanılması üçün istifadə olunan “VirusTotal” onlayn platformasında böyük məlumat sızması qeydə alınıb.

Bu səbəbdən ABŞ və Almaniya xüsusi xidmət orqanlarının əməkdaşları haqqında məlumatlar şəbəkəyə daxil olub.

Məlumata görə, iyunun sonunda şəbəkəyə “VirusTotal” xidmətinin 5,6 min istifadəçisinin siyahısı sızıb. Siyahıda onların təmsil etdikləri təşkilatların adları yer alıb. Bu strukturlar arasında ABŞ Silahlı Qüvvələrinin Kiber Komandanlığı, ABŞ Ədliyyə Nazirliyi, Federal Təhqiqatlar Bürosu və ABŞ Milli Təhlükəsizlik Agentliyi də olub.

Bundan əlavə, siyahıda Almaniya Hərbi Əks-Kəşfiyyat Xidmətinin, Cinayət İşləri üzrə Federal İdarənin, Almaniya Federal Kəşfiyyat Xidmətinin məxfi bölməsinin və polis əməkdaşlarının adları da görüntülənib. İstifadəçilərin adları və e-poçt ünvanlarından başqa heç bir məlumat açıqlanmayıb.

Almaniya Federal İnformasiya Təhlükəsizliyi İdarəsi sızma ilə bağlı məlumatı təsdiqləyib və “VirusTotal”a hər hansı faylın yüklənməməsi ilə bağlı müraciət edib. Agentlik artıq alman şirkətlərinə şübhəli faylların kütləvi şəkildə yüklənməsi ilə bağlı risklər barədə xəbərdarlıq edib.

Mənbə: “Der Spiegel”

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir