Azərbaycan və İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına (ICCIA) üzv ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi müzakirə edilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.
“İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının prezidenti Abdullah Saleh Kamel ilə ICCIA-nın Direktorlar Şurasının 35-ci iclasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğuladıq. Təşkilatla ölkəmizin səmərəli əməkdaşlığı və üzv ölkələrlə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi apardıq”, – nazir qeyd edib.
İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (@ICCIA_EN) prezidenti Abdullah Saleh Kamel ilə ICCIA-nın Direktorlar Şurasının 35-ci iclasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğuladıq. Təşkilatla ölkəmizin səmərəli əməkdaşlığı və üzv ölkələrlə #iqtisadi–#ticarət… pic.twitter.com/8VLbxgw0yG
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 18, 2023
www.102info.az