Ukraynada münaqişə zamanı vurulan bir neçə Rusiya tankı Böyük Britaniyaya gətirilib və hərbi ekspertlər tərəfindən tədqiq olunur.
Bu barədə Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi admiral Toni Radakin məlumat verib.
“Bu, çox vacibdir, çünki biz Rusiyadan və ya başqa bir ölkədən bizim üçün təhlükəli ola biləcək avadanlıqlar ələ keçəndə bir-biri ilə məlumat paylaşan ölkələr klubundayıq. Bizim üçün çalışan alimlər peşəkar patoloq-anatom səviyyəsində başqa bir ölkənin istifadə edə biləcəyi hər bir kiçik xüsusiyyəti təhlil edirlər. Bu, bizə xarici texnologiyanın necə işlədiyini, ona qarşı necə mübarizə apara biləcəyimizi, zirehləri necə daha güclü hala gətirməyi, kommunikasiya sistemlərini necə qırmağı, müdafiələrinə necə nüfuz edə biləcəyimizi anlamağa kömək edəcək”, – deyə admiral bildirib.
Nəşrdə qeyd olunduğu kimi, tanklar digər silahlarla yanaşı, kimyəvi və bioloji silahların tədqiqi üzrə ixtisaslaşan Porton Daun texnoparkının ərazisində hərbi elmi-texniki laboratoriyanın əməkdaşlarına təhvil verilib.
Mənbə: TASS
www.102info.az