“ABŞ-nin Yaxın Şərqə əlavə “F-16” və “F-35” döyüş təyyarələri, eləcə də təyyarədaşıyan gəmi göndərməsi İranla müharibəyə hazırlaşmaq demək deyil”.
Bunu çərşənbə axşamı jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
“Davam edən təhdidlər fonunda, tərəfdaşlarımız və müttəfiqlərimizlə koordinasiya əsasında Müdafiə Nazirliyi Hörmüz boğazını və ona bitişik suları izləmək qabiliyyətini artırmaq üçün bölgədə mövcudluğunu artırır. Biz İranı sabitliyi pozan, dünya neft tədarükünün təqribən 20%-nin keçdiyi bu kritik dəniz yolu ilə azad ticarəti təhdid edən hərəkətləri dərhal dayandırmağa çağırırıq”, – Miller əlavə edib.
Xatırladaq ki, bazar ertəsi Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib ki, ABŞ “vəziyyəti izləmək və ölkənin maraqlarını, eləcə də regionda naviqasiya azadlığını qorumaq” üçün “USS Thomas Hubner” təyyarədaşıyan gəmisini “F-35” və “F-16” qırıcıları ilə birlikdə Hörmüz boğazına göndərəcək.
Mənbə: TASS
www.102info.az