Rusiya Mərkəzi Bankı əfsanəvi musiqiçi Viktor Soyun şərəfinə sikkə buraxıb. Bankın mətbuat xidməti xəbər verir ki, onun nominal dəyəri üç rubl təşkil edir.
Gümüş sikkənin arxa tərəfində “Kino” qrupunun yaradıcısı – Viktor Soy təsvir edilib. Burada musiqiçinin doğum və ölüm tarixləri də göstərilib.
Qeyd edək ki, bu sikkələrdən cəmi 5000 ədəd istehsal edilib.
Mənbə: Ura.ru
www.102info.az