Birləşmiş Ştatlar 20-ci əsrin əvvəlində Hindistandan qeyri-qanuni yollarla çıxardığı 105 antikvarı Dehliyə qaytarıb.
Məlumatı Hindistanın ABŞ-dəki səfiri Tarancit Sinqx Sandxu ictimailəşdirib.
Diplomat qeyd edib ki, antikvarlardan ən qədimi eramızın II əsrinə aiddir.
Sandxu, həmçinin bildirib ki, ABŞ və Hindistan qədim əşyaların qeyri-qanuni ticarəti ilə daha effektiv mübarizə aparmaq məqsədilə yeni əməkdaşlıq üzərində işləyirlər.
Mənbə: Press Trust of India
www.102info.az