Supermodel Cici Hadid narkotikə görə saxlanıldı

Dünya


Məşhur amerikalı supermodel Cici Hadid marixuana saxlamaqda ittiham olunaraq həbs edilib.

Məlumata görə, 27 yaşlı Hadid şəxsi təyyarəsi ilə ABŞ-dən Kayman adalarına uçub.

Ouen Roberts Beynəlxalq Hava Limanının gömrükçüləri modelin baqajına baxış keçirərkən az miqdarda marixuana aşkar ediblər.

Hadid, həmçinin onun yol yoldaşı narkotik maddələrin idxalında ittiham edilərək həbs olunublar və Kayman adalarının Kral Təcridxanasına aparılıblar.

Cici Hadid 1 000 dollar məbləğində girov qoyduqdan sonra məhkəməyə qədər sərbəst buraxılıb.

Mənbə: Gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir