Bağdaddakı İsveç səfirliyi yandırılıb – VİDEO

Dünya


İraq polisi İsveçin Bağdaddakı səfirliyinə hücum edən izdihamı oradan uzaqlaşdırmaq üçün su şırnaqlarından və elektroşok cihazlarından istifadə etməli olub.

Yerli mətbuat yazır ki, bəzi qəzəbli aksiya iştirakçıları Quran nüsxəsinin yandırılmasına etiraz olaraq Bağdaddakı İsveç səfirliyinə soxularaq, diplomatik korpusun tikililərinə od vurublar. 

Səfirlik əməkdaşlarından heç kimin xəsarət almadığı bildirilir.

Qeyd edək ki, İsveç polisi Quran və İraq bayrağının yandırılmasının planlaşdırıldığı etiraz aksiyasına icazə verib.

Aksiya iyulun 20-nə planlaşdırılıb və Stokholmdakı İraq səfirliyi yaxınlığında keçiriləcək. Etirazın təşkilatçıları ötən ay Stokholmda məscidin yaxınlığında Quran yandıran şəxslərdir.

Mənbə: AFP, TV4

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir