Türkiyədə daxili aviareyslər kəskin bahalaşdı

Dünya


Türkiyənin milli valyutasının rekord səviyyədə dəyərdən düşməsi fonunda ölkədə səfər qiymətləri artıb.

Belə ki, daxili reyslər üçün birtərəfli uçuşlarda maksimum səviyyə 43 faiz artımla 1 150 lirədən (72,68 manat) 1 650 lirəyə (104,28 manat) yüksəlib.

Bu barədə Türkiyə mediasında xəbər yayılıb. Ölkənin Mülki Aviasiya Baş İdarəsi isə iddianı təsdiqləməyib.

Bununla belə birtərəfli reys qiymətlərinə baxdıqda biletlərin 1 650 lirəyə qədər bahalaşdığı görünüb.

Türkiyə Avtobus Sürücüləri Federasiyası (TOFED) öz növbəsində bildirib ki, təyyarə biletlərinin bahalaşmasından sonra ölkədə avtobus reyslərinə tələbat artıb.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir