Litva Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən 135 rusiyalının ölkədə yaşamaq icazəsini ləğv edib.
Litva Miqrasiya Departamenti Krımın kimə məxsus olduğu və Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyib-dəstəkləmədikləri ilə bağlı rusiyalıların fikirlərini öyrənib.
Nəticədə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bu günə qədər departament Rusiya Federasiyasının 135 vətəndaşını daimi yaşamaq hüququndan məhrum edib.
Qeyd edək ki, Litvada yaşamaq hüququ bir neçə səbəbə görə ləğv edilə bilər. Miqrasiya Departamentinin bununla bağlı bəyanatında bildirilib ki, yaşamaq hüququ, məsələn, əcnəbi “çox ağır cinayət törədərsə”, “dövlət təhlükəsizliyinə və ya cəmiyyətə təhlükə yaradarsa” və digər bu kimi hallarda ləğv edilə bilər.
Mənbə: “Euronews”
www.102info.az