Türkiyənin “Rizespor” klubu “Qarabağ”ın futbolçusu Kevin Medinanı transfer etmək üçün danışıqları davam etdirir.
Super Liqa təmsilçisinin Mətbuat Xidmətinin rəhbəri Hasan Yavuz Ağdam klubu və futbolçu ilə görüşdüklərini təsdiqləyib:
“Medina çox dəyərli oyunçudur. Ona marağımız var. Həm Medina, həm də “Qarabağ” ilə görüşdük. Yaxın günlərdə onun məsələsi dəqiqləşəcək”.
Medina 2020-ci ildən “Qarabağ”da çıxış edir. Onun müqaviləsi 2025-ci ilin yayına qədərdir. Kolumbiyalı futbolçu Premyer Liqada ümumilikdə 66 oyunda forma geyinib.
Mənbə: Ajansspor
www.102info.az