“Sabah”ın UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, ilk dəfə avrokuboklarda çıxış edəcək paytaxt klubu Latviya RFŞ-i ilə qarşılaşacaq.
Riqa təmsilçisi I təsnifat mərhələsində Şimali Makedoniyanın “Makedoniya GP” komandasını mübarizədən kənarlaşdırıb. Səfərdə 1:0 qalib gələn komanda öz meydanında daha böyük hesablı qələbə əldə edib – 4:1. Yekunda 5:1 üstün olan Latviya klubu mərhələ adlayıb.
“Sabah” RFŞ-ə qarşı ilk oyunu iyulun 27-də Latviyada, cavab matçını avqustun 3-də Bakıda keçirəcək.
www.102info.az