Şahzadə Harri və Meqan Markl ayrı yaşamağa qərar verdilər

Dünya


Şahzadə Harri və Meqan Markl bir müddət ayrılıb müxtəlif qitələrdə yaşamaq qərarına gəliblər.

Səbəb maliyyə çətinlikləri göstərilir – Çarlz və Diananın kiçik oğlu mirasın əhəmiyyətli bir hissəsini almayıb.

Bildirilir ki, cütlük 14 milyon dollarlıq malikanə də daxil olmaqla, həm öz təhlükəsizlikləri, həm də Kaliforniyada dəbdəbəli həyata çoxlu pul xərclədikləri üçün ağır maliyyə yükü altındadırlar. Bu stresli vəziyyətə görə Meqanla Harri ayrı yaşamağa – davam etmək üçün güc toplamağa qərar veriblər.

Başqa bir anonim mənbə mediaya cütlüyün Montesitodakı evlərini satdıqlarını və Şahzadə Harrinin başqa yerdə tək yaşadığını deyib. Amma ailəyə yaxın mənbə bildirib ki, onların ayrılması ilə bağlı yayılan xəbərlər yalandır.

Hazırda Şahzadə Harri özünün ikinci vətəni hesab etdiyi Afrikaya getməyi və yeni sənədli film üzərində işləməyi planlaşdırır.

Mənbə: Star News

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir