Amerikalı iş adamı, mühəndis və milyarder İlon Mask iyulun 20-də elektrik avtomobilləri istehsal edən “Tesla” şirkətinin səhmlərinin 9,7% ucuzlaşmasından sonra 20,3 milyard dollar itirib.
Məlumata görə, bu, sahibkarın “Tesla” məhsullarının qiymətlərində azalmanın davam edəcəyi barədə verdiyi açıqlamasından sonra olub.
Qeyd edək ki, vəsait itkisinə baxmayaraq, İlon Mask dünyanın ən varlı adamı olaraq qalır. Siyahıda ikinci yerdə LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun sahibi fransalı Bernard Arnodur.
Mənbə: mk.ru
www.102info.az