Millimizin futbolçusu Koreya çempionatının ulduzlar yığmasında: “Atletiko”ya qarşı oynayacaq

Dünya


Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Madrid “Atletiko”suna qarşı forma geyinəcək. Bu barədə Sport24.az-a Antonun özü məlumat verib.

Belə ki, Cənubi Koreyanın yüksək liqa təmsilçisi “Daejeon”da çıxış edən 25 yaşlı müdafiəçi İspaniya Primerosunun ən iddialı klublarından birinə qarşı oynamaq şansının yarandığını diqqətə çatdırıb: “Koreya Liqa 1-də bütün ulduzlardan ibarət yığmaya seçilərək, “Atletiko”yla matçda komandamı təmsil etmək imkanı qazanmışam. Bu yoldaşlıq görüşü iyulun 27-də Seul Olimpiya Stadionunda baş tutacaq”.

Anton bu oyunun onun üçün önəmindən də danışıb: “Milli komanda səviyyəsində daim çıxış edirəm və ulduz futbolçulara qarşı oynayıram. Yaxşı matçdı, hər futbolçu üçün dəyərli təcrübədi”.

Xatırladaq ki, Krivotysuk keçən mövsüm bitəndən sonra Polşanın “Visla” (Plotsk) klubundan Asiya təmsilçisinin sıralarına qatılıb. O, hazırkı komandasının heyətində ümumilikdə 20 matçda (1819 dəqiqə) meydanda olaraq 1 qol vurub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir