2023-cü ilin avqustunda dünyanın əksər yerlərində ekstremal istilər davam edəcək.
Bunu Ümumdünya Meteorologiya Təşkilatının müşaviri Con Neyrn proqnozlaşdırıb.
“Biz bu cür isti dalğalarının avqust ayında da davam edə biləcəyini nəzərə almalıyıq”, – deyə Nern bildirib.
Müşavirin sözlərinə görə, dünyada qlobal temperatur artımı tendensiyası müşahidə olunur. İqlim dəyişikliyi fonunda istilik dalğaları daha da intensivləşə bilər.
Qeyd edək ki, NASA-nın Nyu-Yorkdakı Qoddard Kosmik Tədqiqatlar İnstitutunun iqlimşünası Hevin Şmidt də 2023-cü ilin iyulunun tarixin ən isti ay ola biləcəyini proqnozlaşdırmışdı. Onun sözlərinə görə, bütün dünyada hava dəyişiklikləri baş verir.
Mənbə: Lenta.ru
www.102info.az