“İnter Mayami” futbol klubunun argentinalı hücumçusu Lionel Messi komandasının ilk oyununda qol vurub.
Fort Lauderdeyldəki (ABŞ) “İnter Mayami” stadionunda “Krus Azul”a qarşı keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Messi Liqalar Kubokunun qrup mərhələsində 90+4-cü dəqiqədə cərimə zərbəsindən fərqlənib.
Qeyd edək ki, argentinalı superulduz Fransanın PSJ klubundan “İnter Mayami”yə bu yay keçib.





Mənbə: Sports.ru
www.102info.az