Azərbaycanlı hərbçi Rusiya tankını məhv etdi – VİDEO

Dünya


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Odessa vilayəti Rusiya Ordusu tərəfindən hücuma məruz qalıb.

Nəticədə altı mülki şəxs yaralanıb və xeyli sayda infrastruktura ziyan dəyib.

Qeyd edilib ki, Ukrayna Ordusu Zaporojye vilayətində növbəti dəfə əks-hücuma keçib. Nəticədə 200 kvadratkilometrə qədər ərazi azad edilib.

Məlumata görə, Ukrayna Ordusunun əks-hücum əməliyyatı zamanı Ukrayna Silahlı Qüvvələrinin “Rembo” ləqəbli azərbaycanlı hərbi qulluqçusu Rusiyaya məxsus tankı və bu döyüş texnikasındakı dörd nəfəri təkbaşına məhv edib. 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir