Uhan laboratoriyası virusun yayılması ilə bağlı məlumatları şərh edib – FOTO

Dünya

Koronavirusun ilk dəfə yayıldığı Çinin Uhan şəhərində yerləşən virusologiya laboratoriyasının direktoru infeksiyanın mümkün sızması barədə məlumatları şərh edib.
Bu barədə “Daily Mail” xəbər verib.
“Mənim icazəm olmadan bir ağcaqanad belə laboratoriya binasına daxil ola bilməz, çünki qurum bütün lazımi təhlükəsizlik tədbirlərini görüb”, – deyə, Yuan Jiminq bildirib.
“Bəzi insanlar heyvanların satılması üçün təcrübə apardığımızı və ya bu heyvanların laboratoriyadan qaça biləcəyini düşünərkən, əslində, laboratoriyamızın quruluşu və işi haqqında heç bir təsəvvürləri yoxdur”, – deyə, o əlavə edib.
Qeyd edək ki, “P4 laboratoriyası” kimi də tanınan Çin Elmlər Akademiyası yanında Uhan Milli Biotəhlükəsizlik Laboratoriyasında müxtəlif virusların 1 500-ə qədər ştammı saxlanılır.
Daha əvvəl Britaniyanın “The Sunday Times” qəzeti aparılmış bir araşdırmanın nəticələrini dərc edərək, 2012-ci ildə genetik cəhətdən SARS-CoV-2-yə ən yaxın olan virusun ölkədə yayıla biləcəyini bildiriblər. Araşdırma müəllifləri potensial ölümcül virusun nümunələrinin Çinin Uhan şəhərindəki Virusologiya İnstitutunda altı ildən çox müddətdə saxlanıldığını müəyyən ediblər. Koronavirusun əvvəlcə RaBtCov/4991 adı ilə öyrənildiyini, sonradan RaTG13 adlandırıldığını iddia edirlər.
Onların sözlərinə görə, tədqiqatçılar yeni koronavirusun 2012-ci ildə baş verən yoluxma halları ilə mümkün əlaqəsi barədə susublar.(oxu.az)

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir