Estoniyanın müdafiə naziri: “Priqojin qiyamını Rusiya FTX özü təşkil edib”

Dünya


“Rusiya daxilində “Vaqner” özəl hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojinin bacardığı kimi qiyam təşkil etməyə qadir qüvvə hələ də yoxdur”.

Bunu Estoniyanın müdafiə naziri Hanno Pevkur deyib.

Onun sözlərinə görə, Rusiyada dövlət çevrilişinə cəhdin müharibənin gedişinə heç bir təsiri olmayıb.

Pevkur hesab edir ki, Rusiya tərəfdən münaqişənin taleyi yalnız prezident Vladimir Putindən və onun qərarlarından asılıdır.

“Bu qiyam göstərdi ki, Priqojin nizami ordunun bəzi hissələrinin ona qoşulacağını düşünürdü, amma bu, baş vermədi. Rusiyada hazırda Priqojin kimi addım ata biləcək gücə malik şəxs yoxdur. Bu o deməkdir ki, Kremlin mövqeləri zəifləsə də, içəridən kiminsə hakimiyyəti onun əlindən alacağı real deyil”.

Pevkur vurğulayıb ki, üsyanın xainin kimlər olduğunu öyrənmək üçün Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən təşkil edilməsi ehtimalı da var.

Xatırladaq ki, iyun ayında “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin Rusiyada qiyam təşkil edib. O, müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun tutduqları vəzifələrdən uzaqlaşdırılmasını tələb edib.

Mənbə: rbc.ua

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir