İyulun 24-də İsveçrənin La Şo de-Fon şəhərində tufan qopub.
Ölkənin meteorologiya xidmətinin yaydığı məlumata görə, bölgədə küləyin sürəti 217 km/saata çatıb.
Bildirilib ki, tufan şəhərə yaxınlaşdıqca qəflətən güclənib. Dəmiryol vağzalı yaxınlığında kranın aşması nəticəsində bir nəfər ölüb.
Tufan nəticəsində yaralananlar da var, lakin onların sayı dəqiqləşdirilməyib.
Mənbə: NTV
www.102info.az