Türkiyənin Hatay vilayətində zəlzələdən sonra qəza vəziyyətində olan 10 mərtəbəli bina uçurdulub.
Məlumata görə, işçi qruplar söküntü işlərini sürətləndirmək və dağıntıları mümkün qədər tez təmizləmək üçün müxtəlif üsullardan istifadə edirlər. Karayılan məhəlləsində sütun və tirləri zədələnən 10 mərtəbəli binanın dağıdılması 2 inşaat maşınına bərkidilmiş polad kəndirlə həyata keçirilib.
Mənbə: Haber Global
www.102info.az