Ötən gün Rusiyanın Tatarıstan Respublikasında beşmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində baş verən güclü partlayışın görüntüsü yayılıb.
Görüntülər əks tərəfdə olan mənzillərdən birinin müşahidə kamerası tərəfindən qeydə alınıb.
Partlayışın dalğası həmin vaxt məhəllədən keçən iki nəfərə də zərər vurub.
Xatırladaq ki, partlayış vaxtı mənzildə heç kim olmayıb. Qonşuluqda yaşayan iki nəfər xəsarət alıb, binanın pəncərələri sınaraq ətrafa tökülüb.
Mənbə: “Nijnekamsk. Novosti” “Telegram” kanalı
www.102info.az