“Rəqibin nəyə qadir olduğunu hamımız bilirik”.
“Report”un məlumatına görə, bunu “Rakuv”un futbolçusu Ben Lederman Polşada “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
23 yaşlı yarımmüdafiəçi vacib matça çıxacaqlarını bildirib:
“Biz də güclü komandayıq. Topla və topsuz ən yaxşı tərəflərimizi göstərmək istəyirik. Bu çağırışa hazırıq. 1-2 il əvvəlkindən daha güclüyük. Artıq yetəri qədər təcrübəmiz var”.
Qeyd edək ki, iyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.
www.102info.az