İngiltərənin “Mançester Siti” və Almaniyanın “Bavariya” klubları yoxlama oyununda üz-üzə gəliblər.
Oxu.Az xəbər verir ki, Yaponiyanın paytaxtı Tokioda keçirilən qarşılaşma ingilislərin qələbəsi ilə başa çatıb – 2:1.
“Şəhərlilər”in qollarını 21-ci dəqiqədə Ceyms Makati və 86-cı dəqiqədə Aymerik Laport vurublar. Münhen klubunda Matis Tel 81-ci dəqiqədə fərqlənib.
www.102info.az