“Vaqner”çilər kütləvi şəkildə Belarusdan Rusiyaya qayıdırlar

Dünya


Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin Belarusda olan üzvləri kütləvi şəkildə Rusiya Federasiyasına qayıdırlar.

Belə ki özəl hərbi şirkətin hər ikinci briqadası məzuniyyətə buraxılıb.

Düşərgədə yalnız ən təcrübəli muzdlular qalıblar və onlar Belarus poliqonlarında hərbi təlim keçəcəklər, daha sonra isə Afrika və Suriyaya yollanacaqlar.

Bu barədə “Mojem obyasnit” “Telegram” kanalında məlumat verilib.

Məlumata görə, məzuniyyətə göndərilən “Vaqner”çilərin çoxu evlərinə gedib çatmadan elə vağzaldanca içki içməyə gedirlər.

“…Bu həftənin əvvəlindən çatlarda (“Vaqner” özəl hərbi şirkəti üzvlərinin qohumlarının – red.) Rusiyaya biletlərin alınması və onların geri qayıtmalarının təfərrüatı müzakirə olunur”, – deyə kanal qeyd edib.

Muzdluların yaxınları onların evə içkili halda gəldiklərini və ya hələ də gəlib çıxmadıqlarını, bəzilərinin çox içdikləri üçün vəziyyətlərinin pisləşdiyini yazırlar.

Bundan əlavə, Belarusda qalan muzdluların da çox yaxşı şəraitdə yaşadığı məlum olub.

Mənbə: UNİAN

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir