Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” klubunun heyətində məhsuldar ötürmə müəllifi olub.
Oxu.Az xəbər verir ki, o, Honkonqun “Kitçi” komandası ilə görüşdə qola assistentlik edib.
Şeydayev “Buriram Yunayted”in 3:2 hesablı qələbəsi ilə başa çatan matça start heyətdə başlayıb. Hücumçu 29-cu dəqiqədə vurulan ilk qolda məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Buriram Yunayted” daha əvvəl yerli “Utay Tani” komandasını məğlub edib – 2:1. Şeydayev həmin görüşdə də meydana çıxsa da, qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
Xatırladaq ki, 27 yaşlı forvard bu yay “Qarabağ”dan ayrılaraq “Buriram Yunayted”ə keçib.
www.102info.az