Dubayda reklam agentliyi nəhəng “Barbie” kuklasının 3D videoçarxını hazırlayıb.
“Bürc Xəlifə”nin yanında olan böyük qutudan çıxan kuklanın videosu bütün sosial şəbəkələrdə geniş marağa səbəb olub.
Məlumata görə, 12 saniyəlik videoçarxın hazırlanmasına üç gün sərf olunub. Əvvəlcə “Bürc Xəlifə”ni iPhone-la çəkiblər, sonra da üstünə animasiyanı əlavə ediblər.
“Agentliyimiz həmişə trenddə olanlar haqqında düşünür və hazırda hamı “Barbie” haqqında danışır. Buna görə də biz pərəstiş olunan məhsul ətrafında nəsə etmək barədə düşündük”, – deyə videonun yaradıcı Cuhi Rupani bildirib.
Mənbə: Ura.ru
www.102info.az