İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin ticarət naziri Ömer Bolatla nəqliyyat, turizm, müasir standartlaşdırma və texniki tənzimləmə sistemi sahələrində əməkdaşlıq imkanları barədə müzakirələr aparıb.
Bu barədə M.Cabbarov “Twitter” hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr Türkiyəyə işgüzar səfər çərçivəsində baş tutub, iqtisadi tərəfdaşlığın genişləndirilməsinə xidmət edən birgə təşəbbüslər, Preferensial Ticarət Sazişinin icrasının ticarət əlaqələrinin gücləndirilməsinə verdiyi töhfələrlə bağlı fikir mübadiləsi aparılıb.
Türkiyəyə işgüzar səfərimiz çərçivəsində qardaş ölkənin ticarət naziri (@ticaret) Ömer Bolatla (@omerbolatTR) ölkələrimiz arasında #iqtisadi tərəfdaşlığın genişləndirilməsinə xidmət edən birgə təşəbbüslər, Preferensial Ticarət Sazişinin icrasının #ticarət əlaqələrin… pic.twitter.com/rstAZ7eOvA
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 27, 2023
www.102info.az