Güney Azərbaycan şəhərlərində Urmiya gölü ilə bağlı aksiyalar davam edir – FOTO

Dünya


Güney Azərbaycanda Urmiya gölünün xilası üçün etirazlar davam edir.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, Təbriz, Ərdəbil, Urmiya və digər şəhərlərin sakinləri bu ekoloji böhranı gündəmdə saxlamaq məqsədilə müxtəlif aksiyalara əl atır.

Belə ki, Təbriz, Ərdəbil, Urmu və bir sıra başqa şəhərlərdə milli-mədəni fəallar Urmiya gölünün İran hökuməti tərəfindən qəsdən qurudulması ilə bağlı vərəqələr, posterlər yayaraq ekoloji problemi insanların diqqətinə çatdırmağa çalışırlar.

Vərəqələrdə “Azərbaycan, dur səs ver, Urmiyaya nəfəs ver!” məzmunlu sözlər yazılıb.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir