İtaliyanın “İnter” və Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubları yoxlama oyununda üz-üzə gəliblər.
Oxu.Az xəbər verir ki, Yaponiyanın Osaka şəhərində təşkil olunan matçda qalib müəyyənləşməyib – 1:1.
Hesabı 23-cü dəqiqədə “Ən-Nəsr”in heyətində Abdulrahman Qarib açıb. Lakin 44-cü dəqiqədə Davide Frattezi bərabərliyi təmin edib.
“Ən-Nəsr”in ulduzu Kriştianu Ronaldu və bu yay “İnter”dən transfer edilən Marselo Brozoviç də bu matçın iştirakçısı olublar. Start heyətdə meydana çıxan futbolçular fasilədə əvəzləniblər.
www.102info.az