İranda öldürülən qadınların 65 faizi ərləri tərəfindən qətlə yetirilib – FOTO

Dünya


İranda son bir ay ərzində öldürülən qadınların 65%-i ərləri tərəfindən qətlə yetirilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, onların daha 10%-i qardaşları, 8%-i ataları və 5,5%-i oğulları, 11%-i isə ailənin digər kişi üzvləri tərəfindən qətlə yetirilib.

O da vurğulanır ki, qadınların namus üstündə qətlə yetirilməsi və intiharları elə bir adi hala çevrilib ki, adətən ciddi şəkildə araşdırılmır, bu cinayətlərin qatilləri isə qısamüddətli həbs cəzalarından sonra azadlığa buraxılırlar.

İntihar edən qadınların statistikasına gəldikdə isə, onların əksəriyyətini kiçik yaşlarında məcburi şəkildə ərə verilən azyaşlı qızlar təşkil edir.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir