Misirdə xlor sızması səbəbilə 60-dan çox adam xəsarət alıb

Dünya


Qahirənin cənubunda yerləşən Kena şəhərində xlor qazının sızması nəticəsində azı 62 nəfər xəsarət alıb, bir nəfər ölüb.

Məlumata görə, sızma su stansiyasında baş verib. Qəzaya səbəb qaz balonlarından birinin yüklənmə zamanı aşması olub.

Bütün zərərçəkənlər xəstəxanaya çatdırılıblar.

Kena əyalətinin rəhbərliyi şəhər administrasiyasının və su təsərrüfatının nümayəndələrinin müşayiəti ilə qəza yerinə gəlib. Hadisənin səbəbləri və şəraiti ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir