Azərbaycanlı referi Türkiyə klubunun avrokuboklardakı tarixi oyununu idarə edib

Dünya


Azərbaycanın FIFA referisi Elçin Məsiyev Rumıniyada ÇFR və Türkiyənin “Adana Demirspor” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununu idarə edib.

“Report”un məlumatına görə, 32 yaşlı ədalət təmsilçisi qarşılaşma ərzində beş futbolçuya sarı vərəqə göstərib.

E.Məsiyev meydan sahiblərindən iki, qonaqlardan isə üç futbolçunu cəzalandırıb.

Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb. Bu, Türkiyə təmsilçisinin avrokuboklarda ilk oyunu olub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir