İranda əhalinin sosial vəziyyəti getdikcə daha da çətinləşir.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Sosial mediada yayılan bir elan İran cəmiyyətini, sözün əsl mənasında, silkələyib.
İranlı ana elan paylaşaraq insanlardan yemək qalıqlarını atmamağı xahiş edib.
“Yemək qalıqlarınızı atmayın. Dörd nəfərlik ailəyik. Yeməyə qidamız yoxdur. Yoldaşım bir müddət əvvəl fəhləlik edərkən belindən xəsarət alıb, artıq işləyə bilmir. Bizi dolandırmaq üçün ailəmizdə başqa işləyən yoxdur”, – insanlara müraciət edən qadın vurğulayıb.
www.102info.az