Sinqapurda son 20 il ərzində ilk dəfə narkotik daşımaqda təqsirli bilinən qadına qarşı ölüm hökmü icra edilib.
Məlumatı Sinqapurun Narkotiklərlə Mərkəzi Mübarizə Bürosu yayıb.
Qeyd olunur ki, 45 yaşlı sinqapurlu qadına çıxarılan ölüm hökmü onu asmaqla icra edilib.
O, 2018-ci ildə 30 qram heroin daşıdığına görə həbs edilmişdi.
Mənbə: TASS
www.102info.az