Meksikanın Səhiyyə Nazirliyi ölkədə iqlim dəyişikliyi ilə əlaqədar müşahidə olunan qızmar istilər nəticəsində həyatını itirən vətəndaşlar barədə məlumat yayıb.
Hesabatda göstərilir ki, Meksikada iyunun 19 mart-22 iyul tarixləri arasında müşahidə olunan normadan yüksək temperatur səbəbindən 249 nəfər ölüb.
Ən yüksək temperatur Meksikanın şimal-şərqində yerləşən Nuevo Leon ştatında qeydə alınıb.
Hesabatda, həmçinin qeyd olunur ki, ötən ilin eyni aylarında Meksikada yüksək temperaturun qurbanı 38 nəfər olub.
Mənbə: Anadolu
www.102info.az