Böyük Britaniyada hərf səhvi nəticəsində məxfi məlumatların olduğu elektron məktub ABŞ-yə deyil, Rusiyanın yaxın müttəfiqi olan Maliyə göndərilib.
Hadisə ilə əlaqədar ölkənin Müdafiə Nazirliyi istintaqa başlayıb.
Səhvə səbəb məmurların elektron poçt ünvanında “i” hərfini buraxmaları olub: onlar sənədi “.mil” deyil, “.ml” domeni ilə bitən ünvana göndəriblər (birinci ABŞ-yə, ikinci Maliyə aiddir – red.).
Qeyd edilir ki, ötən həftə də analoji problem olub: xəta nəticəsində milyonlarla hərbi məktub ABŞ-yə deyil, Maliyə göndərilib.
Mənbə: Lenta.ru
www.102info.az