ABŞ Tayvana yüz milyonlarla dollar dəyərində hərbi yardım göstərəcək

Dünya


Amerika Birləşmiş Ştatlarının Tayvana yüz milyonlarla dollar məbləğində hərbi yardım göstərilməsi ilə bağlı bəyanat verməsi gözlənilir.

ABŞ Konqresi 2023-cü il büdcəsində Tayvana bir milyard dollara qədər yardım paketini təsdiqləyib. Təxminən 330 milyon dəyərində olan ilk paket iyulun 28-də açıqlanmalı idi. Tədarük ediləcək silah sistemlərinin siyahısı barədə məlumat verilmir.

Adları gizli saxlanılan rəsmilərin sözlərinə görə, paketə dörd MQ-9A kəşfiyyat təyyarəsi daxil ola bilər.

Mənbə: “Reuters”

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir