“Prizrenfest Açıq Hava Teatr Festivalı”nda canlı heykəllər hər kəsi heyrətləndirdi – FOTO/VİDEO

Dünya


Kosovonun cənubundakı Prizren şəhərində Şimali Makedoniyadan olan “Teatrosk” Teatr Prodakşnının sənətçilərinin təqdim etdiyi canlı heykəl tamaşası böyük marağa səbəb olub.

“Prizrenfest Açıq Hava Teatr Festivalı” çərçivəsində Şimali Makedoniyanın paytaxtı Skopyedən gələn sənətçilər bütün bədənlərini rəngləyərək, saatlarla hərəkətsiz dayanaraq real və ya xəyali insanları təsvir ediblər.

Prizrenin tarixi Şadırvan meydanındakı tamaşaya vətəndaşlar və xüsusilə də uşaqlar böyük maraq göstərib.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir