“Neftçi”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Bosniya və Herseqovinanın “Jelezniçar”ı “ağ-qaralar”la cavab oyunu üçün Bakıya ciddi itkilərlə gələcək.
Oxu.Az xəbər verir ki, Amar Drina cəza səbəbindən meydana çıxmayacaq. Zədəli olduqları üçün ilk matçı buraxan Edin Kokaliç, Edin Rustemoviç və Semir Ştiliçin Bakıda da meydana çıxmayacaqları gözlənilir. İrfan Yaşareviç və Cozef Amoa isə “Neftçi” ilə qarşılaşmada zədələnərək meydanı tərk ediblər. Onların oynayıb-oynamayacağı hələ dəqiqləşməyib.
Qeyd edək ki, avqustun 3-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Jelezniçar” oyunu 21:00-da başlayacaq. Bosniya və Herseqovinadakı ilk matçda heç-heçə qeydə alınıb – 2:2.
www.102info.az