Ulduz futbolçu Argentina klubuna keçir

Dünya


“Valensiya”nın futbolçusu Edinson Kavani karyerasını Argentinada davam etdirəcək.

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, uruqvaylı ulduz forvard “Boka Xuniors”a keçəcək. O, Buenos-Ayres təmsilçisi ilə müddəti 2024-cü ilin sonuna qədər nəzərdə tutulan müqavilə imzalayacaq.

Keçən ilin yayından “Valensiya”da oynayan 36 yaşlı hücumçu ötən mövsüm 28 oyunda yeddi qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

www.102info.az