Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində qızıl medal qazandı – FOTO

Dünya


Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Oxu.Az xəbər verir ki, yarışda 34 ölkədən 394 atlet (187 qadın və 207 kişi) iştirak edir.

Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulurlar.

Bu gün onlardan Ömər Cavadov körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan atletlər arasında 73 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində 152 kq-ı ram edib və bu hərəkətdə Avropa birinciliyinin qalibi olub.

Cavadov təkana qaldırma hərəkətində 165 kq-ı qaldırıb və bu hərəkətdə 4-cü olub.

Toplam 317 kq (152+165) nəticə göstərən Ömər yekun sıralamada da 4-cü yeri tutub.

Faiq Tahirov

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir