Türkiyənin Qars şəhərində sərnişin avtobusu qəzaya uğrayıb, 7 nəfər ölüb, daha 22 sərnişin yaralanıb.
Bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, Bursa-Qars istiqaməti üzrə hərəkətdə olan sərnişin avtobusu Ərzurum-Qars avtomobil yolunun Sarıqamış rayonu Karakurt kəndinin girişində 50 metr hündürlükdən aşıb.
Hadisə yerinə təcili yardım, xilasedicilər, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları və polis cəlb edilib.
Yaralılar xəstəxanalara çatdırılıb.
www.102info.az