Pakistanda partiya qurultayında baş verən partlayışda ən azı 35 nəfər ölüb – VİDEO

Dünya


Pakistanın şimal-qərbindəki Heybər-Paxtunxva əyalətində İslam Alimləri Assambleyası partiyasının konqresində kamikadzenin törətdiyi partlayış nəticəsində azı 35 nəfər ölüb.

Bu barədə ölkənin fövqəladə hallar xidmətləri və yerli hakimiyyət orqanlarına istinadən məlumat yayılıb.

Məlumata görə, 200-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Partlayış partiya liderlərindən biri təxminən 400 nəfərin olduğu bir qrup tərəfdarı qarşısında çıxış edərkən baş verib.

Pakistanın baş naziri Şahbaz Şərif hadisənin araşdırılması və məsuliyyət daşıyanların tapılması barədə göstəriş verib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir